1500-cü qol
Futzal üzrə Yüksək Liqanın XVIII turu EKOL üçün əlamətdar göstərici ilə yadda qalıb. SportLine.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, 2008-ci ildə yaradılan və ölkə çempionatında iştirak edən bu komanda “Yasamal” İSK ilə matça qədər 1489 qol vurmuşdu.
Autsayderlə matçda 13:2 hesabı ilə qələbə qazanan EKOL-un 11-ci – Əsgər Abasovun 35:11-ci dəqiqədə vurduğu qol klubun tarixində 1500-cü qol olub.
Hazırda aktivində 1502 qol olan EKOL bu göstəriciyə 226 oyunda nail olub. Bu da hər oyuna orta hesabla 6.6 qol deməkdir. Yeri gəlmişkən, EKOL 226 oyundan 143-də qələbə qazanıb.