16 yaşlı futbolçu Avropa nəhənglərinin transfer radarına düşüb
"Lester Siti"nin 16 yaşlı futbolçusu Jeremi Monqa Avropa nəhənglərinin maraq dairəsindədir.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid", "Paris Sen-Jermen", "Yuventus", "Bavariya" və "Borussiya Dortmund" ingiltərəli sol cinah vingeri ilə yaxından maraqlanır.
İngiltərə U-19 millisinin formasını geyinən oyunçu cari mövsüm meydana çıxdığı 13 matçda 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, J.Monqa klubdan ayrılmağa müsbət yanaşır.