16 yaşlı futbolçu "Zirə"də

“Zirə” heyətinə daha bir perspektivli futbolçu qatıb.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, 16 yaşlı Ayxan Süleymanlı ilə 3 illik peşəkar müqavilə imzalanıb.

Ayxan Süleymanlı 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da üzvüdür.