18 yaşlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü

"Monako"nun gənc ulduzu Kilian Mbappe Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. SportLine.az xəbər verir ki, hücumçu qitənin ən nüfuzlu klub turnirində, həm 1/8, həm də 1/4 final mərhələsində hər iki görüşdə fərqlənən ilk futbolçu olub.

1/4 final mərhələsinin cavab qarşılaşmasında “Borussiya” ilə oyunda fərqlənən Mbappe ilk oyunda da dublla yadda qalmışdı. O, “Mançester Siti” ilə 1/8 final oyunlarının hər ikisində qol vurmağı bacarmışdı.