18 yaşlı oyunçu Avropa nəhənglərinin radarındadır

"Tvente"nin 18 yaşlı stopperi Ruud Nijstad Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Niderland U-18 millisinin üzvü bu mövsüm meydana çıxdığı 17 matçda 1 asistlə yadda qalıb.

Qeyd edək ki, sözügedən oyunçu ilə "Çelsi", "Mançester Siti", "Nyukasl Yunayted", "Bavariya", "Borussia Dortmund", "Leipziq" və "Barselona" klubları yaxından maraqlanır.