18 yaşlı oyunçu "Çelsi"nin radarına düşüb - Transfer qiyməti 50 milyon avrodur
"Çelsi" yayda heyətinə yeni mərkəz müdafiəçis transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, əsas hədəf "Verder Bremen"in oyunçusu Karim Kulibalidir.
Jurnalist Florian Plettenberqin yaydığı məlumata görə, Almaniya klubu sözügedən futbolçu üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, 18 yaşlı stopper bu mövsüm meydana çıxdığı 22 matçda 1 qolla yadda qalıb.