19 yaşlı futbolçu qəzada həlak olub
Portuqaliyanın "Oliveyrense" klubunun futbolçusu İvann Martins avtomobil qəzasında dünyasını dəyişib.
Sportline.az xəbər verir ki, 19 yaşlı idmançı bu səhər yaşanan qəzada həlak olub.
Bu haqda klubun rəsmi səhifəsində məlumat paylaşılıb.
Qeyd edək ki, Martins 2024-cü ildən "Oluveyrense"in formasını geyinirdi.
Ondan əvvəl isə "Yanq Boyz"un şərəfini qoruyub.