19 yaşlı futbolçu üçün 4 milyon avro

Rusiya çempionu "Zenit" heyəti gücləndirməkdə davam edir.

Sportline.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi bu məqsədlə Serbiyaya üz tutub.

"Zenitçilər" "Voyvodina"nın hücumçusu Mixaylo İvanoviçin transferini reallaşdırmağa çalışırlar.

"Blic Online"nin məlumatına görə, onlar 19 yaşlı futbolçu üçün 4 milyon avro ödəməyə hazırdırlar.

Qeyd edək ki, İvanoviç son mövsümdə meydana çıxdığı 32 oyunda 9 qola imza atıb.