19 yaşlı futbolçuya 114 milyon avro
"Brayton" klubu gənc futbolçusu Evan Fergyüsona 114 milyon avro qiymət qoyub.
Sportline.az xəbər verir ki, İngiltərə təmsilçisi 19 yaşlı hücumçu ilə bundan az məbləğə vidalaşmağa razı deyil.
Bu haqda talk SPORT məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, gənc forvardla "Tottenhem" klubu ciddi maraqlanır.
Qeyd edək ki, Evan bu mövsüm Premyer Liqada meydana çıxdığı 11 oyunda 5 qol vurub.