2 cüdoçumuz mübarzəyə başlayır
Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Açıq Avropa turniri davam edir.
Sportline.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha iki qadın cüdoçusu çıxış edəcək. Günel Həsənli (78 kq) Cennifer Çerlau (Macarıstan) ilə görüşəcək.
Aytəkin Paşazadə (78 kq) isə polşalı Aleksandra Tureklə mübarizə aparacaq.
Qeyd edək ki, turnirin ilk günündə mübarizə aparan 4 qadın cüdoçumuzdan heç biri medal qazana bilməyib.