2 oyunluq tale
İraq millisinin baş məşqçisi Jelko Petroviç istefaya göndərilib.
Sportline.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Monteneqrolu mütəxəssis uğursuz nəticələrə görə komandadan göndərilib.
Petroviç millini cəmi 2 matça çıxarıb. İraq yığması onun rəhbərliyi altında İrana uduzub və Livanla heç-heçə edib.
Qeyd edək ki, Jelko Petroviç ötən ilin noyabrında baş məşqçi vəzifəsində Dik Advokatı əvəzləmişdi.