23 yaşında "xərçəng" qurbanı oldu

Türkiyəli qadın cüdoçu Nurdan Almalı 23 yaşında vəfat edib.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə Cüdo Federasiyasının rəsmi saytı məlumat yayıb. 

Sivasdan olan idmançı xərçəngdən ölüb.

Almalı üç il əvvəl Bosniya və Herseqovinanın Zvornik şəhərində gənclər arasında Balkan çempionatında 63 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.