3 klub Azərbaycan çempionatından imtina etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasındakı klublardan 3-ü I Divizionda əvəzedicilərlə təmsil olunmaqdan imtina edib.
Sportline.az xəbər verir ki, bunlar "Qəbələ", "Zirə" və "Səbail"dir. Paytaxt təmsilçiləri ilə müqayisədə, əyalət komandası ardıcıl ikinci mövsüm aşağı liqada mübarizəyə qatılmayacaq.
"Neftçi", "Qarabağ", "Sabah", "Sumqayıt" və "Keşlə" isə I Divizionda təmsil olunmağa razılıq verib. Daha 5 klub isə "Turan Tovuz", "Zaqatala", "Kəpəz", MOİK və "Qaradağ Lökbatan" olacaq.
Qeyd edək ki, ötən mövsüm I Divizion 13 komanda ilə başlasa da, sonradan "Ağsu" mübarizədən çəkilib.