3 ölkə Formula 1-dən imtina etdi
"Formula 1" şirkəti 2020 mövsümündə ABŞ, Meksika və Braziliyada Qran-pri keçirməkdən imtina edib.
Sportline.az BBC-yə istinadən xəbər verir ki, yarışlar koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyətə görə gerçəkləşməyəcək.
Bundan əlavə, Kanada Qran-prisinin də keçirilməsi sual altındadır. Təqvimdə bu mərhələləri Avropadakı yarışlar əvəzləyəcək.
Qeyd edək ki, bu il 5 - 7 iyunda Bakıda keçirilməli olan Azərbaycan Qran-prisi ləğv edilib.