31 idman təşkilatına lisenziya verilib
Azərbaycan Cüdo Federasiyası (ACF) 31 idman təşkilatına 5 il müddətinə lisenziya verib.
Sportline.az ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu təşkilatlar qaydalara uyğun olaraq tələb olunan sənədləri təqdim edib və müəyyən edilmiş meyarlar əsasında seçiliblər.
Federasiyanın idman direktoru Kamran Talıbov və İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə lisenziyanın mahiyyətindən və əhəmiyyətindən, idman təşkilatlarının öhdəliklərindən danışıb, lisenziya əldə edən idman təşkilatlarını təbrik ediblər.
Qeyd edək ki, ACF 2022-ci ilin avqustundan etibarən ölkədə fəaliyyət göstərən cüdo üzrə idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verib. Hazırda lisenziyalaşdırılmış idman təşkilatının sayı 117-dir.