33 minlik stadion yandı
Çinin Şanxay şəhərinin 33 min tamaşaçı tutumu olan "Xunkou" stadionunda yanğın olub.
SportLine.az xəbər verir ki, Şanxay metrosunun stadiona yaxın yeraltı çıxışları bağlanıb.
Zərər çəkənlər barədə məlumat verilmir. Yanğının səbəbləri araşdırılır.
"Xunkou" stadionu "Şanxay Şenxua" futbol klubunun ev arenasıdır.