38 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlandı
Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu futbolçusu Makoto Hasebe ilə müqaviləni uzadıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2027-ci ilədək nəzərdə tutulub.
Yaponiya millisinin sabiq üzvü 2022/2023 mövsümünün sonunadək komandada çıxış edəcək. O, daha sonra karyerasını bitirərək, klubun məşqçilər heyətinə daxil ediləcək.
Qeyd edək ki, Makoto Hasebe "Ayntraxt"da 2014-cü ildən çıxış edir.