4 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.

Sportline.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq. 

Əhməd Yusifov (60 kq) 1/16 finalda almaniyalı Moritz Plafki ilə, Rövşən Əliyev (60 kq) 1/8 finalda Nurkanat Serikbayev (Qazaxıstan) - Mutaz Xavca (Səudiyyə Ərəbistanı) cütünün qalibi ilə üz-üzə gələcək.

Kamran Süleymanov (66 kq) 1/16 finalda estoniyalı Vilcar Lipardı, Ruslan Paşayev isə eyni çəki dərəcəsində, eyni raundda almaniyalı Lennart Slamberqeri sınağa çəkəcək.

Qeyd edək ki, Böyük Dəbilqə martın 5-dək davam edəcək. Yarışda Azərbaycanı ümumilikdə 6 cüdoçu təmsil edir.