40 yaşında futbola qayıtdı

2018-ci ildə futbolçu karyerasını bitirdiyini açıqlayan İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Co Koul yaşıl meydana qayıdıb.

Sportline.az xəbər verir ki,  o, İngiltərənin 11-ci divizion təmsilçisi “Belston” klubuna keçib. 40 yaşlı yarımmüdafiəçi yeni komandasında ilk oyununa da çıxıb. O, “Belston”un “Herfild Yunayted”i 2:1 hesabıyla məğlub etdiyi matçda iştirak edib.

Qeyd edək ki, Co Koul İngiltərədə “Çelsi”, “Liverpul”, “Vest Hem”, “Aston Villa” kimi klublarda çıxış edib. O, İngiltərə yığmasında 56 oyunda 10 qol vurub.