45 milyon avroluq müdafiəçi "Tottenhem"də

"Volfsburq"un müdafiəçisi Mikki van de Ven karyerasını İngiltərədə davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda məşhur insayder Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə "Tottenhem" 22 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Onunla 2028-ci ilədək müqavilə başlanacaq.

Bu transferin londonlulara 45 milyon avroya başa gələcəyi bildirilir.