55 milyon avroluq qapıçı

"İnteri"in qapıçısı Andre Onana yaxın günlərdə "Mançester Yunayted"in düşərgəsinə qatılacaq.

Sportline.az The Athletic nəşrinə istinadla xəbər verir ki, kamerunlu futbolçu "qırmızı şeytanlar"a 55 milyon avroya başa gələcək.

Onananın yeni klubu ilə daha bir il uzadılması nəzərdə tutulmaqla 5 illik müqavilə bağlayacağı bildirilir.

Qeyd edək ki, Andre Onana "Mançester Yunayted"in çalışdırıcısı Erik Ten Haqın rəhbərliyi altında "Ayaks"da forma geyinib.