55 yaşlı hücumçu klubunu dəyişdi

"Yokohama"nın (Yaponiya) icarə əsasında "Suzuka"da çıxış edən 55 yaşlı futbolçusu Kazuyoşi Miura klubunu dəyişib.

Sportline.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb. Hücumçu Portuqaliyanın 2-ci divizionunda mübarizə aparan "Oliveyrens"ə transfer olunub. 

Qed edək ki, Miura peşəkar səviyyədə ilk matçını 1986-cı ildə "Santos"da keçirib. O, karyerası ərzində Braziliya, Yaponiya, İtaliya, Xorvatiya və Avstraliya klublarında çıxış edib. 2020-ci ildə Miura "Ventforet Kofu"nun futbolçusu Yukio Tsuşiyanın 2017-ci ildə əldə imza atdığı rekordu qırıb - .42 yaş 10 aylığında Yaponiyanın əsas çempionatında çıxış edib. Nəticədə o, bunu bacaran ən yaşlı futbolçu olub. Həmçinin Yurgen Klopp, Pol Kaskoyn və Roberto Baccio ilə eyni ildə anadan olan Miura, 5 fərqli onillikdə oynayan ilk peşəkar futbolçu adını qazanıb. Miura 2005-ci ildən "Yokohama"nın oyunçusu idi.