67 il sonra ilk

"Yuventus", "İnter", " Milan" və "Roma" A Seriyasının 7-ci turunda keçirdiyi görüşlərdə məğlub olublar.

Sportline.az xəbər verir ki, Turin klubu "Monza"ya (0:1), romalılar "Atalanta"ya (0:1), "İnter" "Udineze"yə (1:3), son çempion "Milan" isə "Napoli"yə (1:2) uduzub.

67 il sonra ilk dəfə  "Yuventus", "İnter", "Milan" və "Roma" eyni turda məğlub olublar.

Həmçinin bu klubların heç biri 7 turdan sonra turnir cədvəlinin ilk 4-lüyünə düşə bilməyiblər. "Milan" 14 xalla 5-ci, "Roma" 13 xalla 6-cı, "İnter" 12 xalla 7-ci, "Yuventus" isə 10 xalla 8-xidir.