A seriyası klubunda yeni baş məşqçi
"Spezia"nın yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Leonardo Sempliçi təyin edilib. 55 yaşlı mütəxəssislə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. O, istefaya göndərilən Luku Qottini əvəzləyib.
Qeyd edək ki, "Spezia" bu mövsüm A Seriyasında 19 xalla 17-ci yerdədir.