Ötən mövsümün ən yaxşıları
İtaliyada A seriyasında ötən mövsümün ən yaxşı futbolçusu, məşqçisi, komandası və hakimi müəyyənləşib.
Sportline.az xəbər verir ki, Turindəki təntənəli "Gran Galà Calcio Serie A" mərasimində "Milan" ən yaxşı komanda, klubun çalışdırıcısı Stefano Pioli isə ən yaxşı məşqçi seçilib. İlin ən yaxşı futbolçusu "Milan"dan Rafael Leau olub. Daniele Orsato isə ən yaxşı hakim adını qazanıb.
Həmçinin A seriyasında ötən mövsümün rəmzi komanası da müəyyənləşib:
Qapıçı: Mayk Menyan ("Milan")
Müdafiəçilər: Covanni di Lorenzo ("Napoli"), Qlession Bremer ("Torino"/"Yuventus"), Fikayo Tomori, Teo Hernandes (ikisi də "Milan")
Yarımmüdafiəçilər: Niko Barella ("İnter"), Marselo Brozoviç ("İnter"), Sergey Milinkoviç - Saviç ("Latsio")
Hücumçular: Rafael Leau ("Milan"), Duşan Vlahoviç ("Fiorentina"/"Yuventus"), Çiro İmmobile ("Latsio")