ABŞ millisinin baş məşqçi postuna daha bir namizədin adı açıqlanıb
ABŞ Futbol Federasiyası milli komandanın sükanı arxasına baş məşqçi axtarışındadır.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Strasbur" klubunun çalışdırıcısı Patrik Viera ABŞ millisinə rəhbərlik edə bilər.
ABŞ millisi ev sahibi olduğu Kopa Amerika 2024-dəki uğursuzluqdan sonra baş məşqçi Qreq Berxarterlə yolları ayırmışdı.
Komanda Uruqvay, Panama və Boliviyanın olduğu qrupu 3 xalla üçüncü pillədə tamamlayaraq mübarizəni dayandırmışdı.
Qeyd edək ki, daha əvvəl "Liverpul"un sabiq baş məşqçisi Yurqen Kloppun adı Şimali Amerika təmsilçisi ilə hallanırdı.