AÇ: Daha iki cüdoçumuz mübarizəyə başlayır

Bu gün daha 2 cüdoçumuz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında mübarizəyə başlayır.

Sportline.az xəbər verir ki, 73 kq-da çıxış edən Hidayət Heydərovla Rüstəm Orucov ikinci yarış günündə medal qazanmağa çalışacaqlar. Hər iki cüdoçu mübarizəyə 1/16 finaldan başlayacaq.

Heydərov polşalı Adam Stodolski ilə münasibətlərinə aydınlıq gətirəcək. Orucov isə irlandiyalı Coşua Qrini sınağa çəkəcək.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyiblər. Yarış mayın 1-də başa çatacaq.