AÇ: Üç cüdoçumuz mübarizəyə qatılır
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatına yekun vurulacaq.
Sportline.az xəbər verir ki, yarışın sonuncu - üçüncü günündə Azərbaycanın daha 3 cüdoçusu tatami üzərinə çıxacaq.
Kişilərin 90 kiloqram çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev startda çexiyalı David Klammertlə, 100 kq-dakı Elmar Qasımov fransalı Sedrik Olivarla, 100 kiloqramdan yuxarı çəkidə çıxış edən Uşanqi Kokauri isə Belçika təmsilçisi Yves Ndao ilə üz-üzə gələcək. Mehdiyev və Qasımovun görüşü 1/16, Kokaurinin qarşılaşması 1/8 final mərhələsi çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisinin hesabında hazırda 2 medal var. 73 kq-da mübarizə aparan Hidayət Heydərov qızıl, eyni çəkidəki Rüstəm Orucov bürünc mükafat qazanıb.