Adam Vartonu Avropa nəhəngləri transfer etmək istəyir
"Kristal Pelas"ın ingiltərəli yarımmüdafiəçisi Adam Varton Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid", "Liverpul", "Çelsi", "Mançester Siti", "Arsenal" və "Mançester Yunayted" sözügedən futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.
Vartonun transfer qiyməti 60 milyon avrodur.
Qeyd edək ki, 21 yaşlı oyunçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 1 asistlə yadda qalıb.