Adama Traore karyerasını Türkiyədə davam etdirə bilər
“Fulhem”in ispaniyalı futbolçusu Adama Traore klubdan ayrıla bilər.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki,”Beşiktaş” 28 yaşlı futbolçu üçün “Fulhem”ə yanvar ayında rəsmi təklif göndərməyi planlaşdırır.
Futbolçu “Fulhem”dən ayrılmağa müsbət yanaşdığı qeyd olunur.
Qeyd edək ki, Adama Traore bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 1o matçda 1 qol və 2 asistlə yadda qalıb.