Adeyemi İngiltərədə çıxış etmək niyyətindədir

"Borussiya Dortmund"un futbolçusu Karim Adeyemi karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir.

Sportline.az xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted" 24 yaşlı sağ cinah vingerini heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Sport Bild" nəşri məlumat yayıb.

Qeyd edək ki, Adeyeminin dəyəri 60 milyon avrodur.