Adeyemi İngiltərə nəhənginin hədəfindədir

“Mançester Yunayted” “Borussiya Dortmund”un futbolçusu Karim Adeyemini heyətinə qatmaqda israrlıdır.

Sportline.az “Mail Sport”a istinadən xəbər verir ki, Almaniya millisinin üzvü bu transferə isti yanaşır. Lakin son qərarı Dortmund klubunun rəhbərliyi verəcək.

Adeyeminin transfer qiyməti 60 milyon avrodur.

Qeyd edək ki, sözügedən oyunçunun həyat yoldaşı almaniyalı repper Loredana bu transferin gerçəkləşməsini istəyir.