Adeyemi qərarını verdi

"Borussiya Dortmund"un almaniyalı futbolçusu Karim Adeyemi yayda klubdan ayrılmaq istəyir.

Sportline.az xəbər verir ki, 24 yaşlı oyunçu İngiltərədə çıxış etmək niyyətindədir.

"Fussball daten" nəşrinin yaydığı məlumata görə, "Çelsi" Adeyemi ilə ciddi şəkildə maraqlanır.

Qeyd edək ki, K.Adeyemi cari mövsüm meydana çıxdığı 37 matçda 10 qol, 5 asistlə yadda qalıb.