Adı "Neftçi" ilə hallanan məşqçi Rusiya klubunda

Rusiya mətbuatında adı "Neftçi" ilə hallanan Viktor Qonçarenko karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.

Sportline.az xəbər verir ki, o, Nijni Novqorodun "Pari NN" klubunu çalışdıracaq.

Bu haqda sport24.ru məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, təyinatla bağlı rəsmi açıqlama yaxın günlərdə veriləcək.

Qeyd edək ki, belaruslu mütəxəssis bu postda Saşa İliçi əvəzləyəcək.