AFFA-dan klublarımıza cərimələr

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 15-co turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib. 

Misli Premyer Liqasının 15-ci turunun “Neftçi” – “Səbail” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

Misli Premyer Liqasının 15-ci turunun “Şamaxı” – “Kəpəz” oyununda meydan sahiblərinin 5 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib

“Kəpəz”in 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

Banner