AFFA-dan "Spartak"ın oyunu ilə bağlı açıqlama

Rusiyanın “Spartak” klubunun Avropa Liqasının 1/8 final mərhələsinin "Leyptsiq"lə cavab matçını Bakıda keçirəcəyi ilə bağlı xəbərlər dolaşır. 

Moskva təmsilçisinin mətbuat xidmətinin yaydığı xəbərdə neytral məkan kimi Bakının seçildiyi açıqlanıb. Bunun üçü isə klub AFFA-ya müraciət edib, razılığa gəlməlidir. 

AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla isə, hələlik “Spartak”dan bununla bağlı rəsmi müraciət daxil olmadığını bildirib.

Xatırladaq ki, UEFA Rusiya ilə Ukrayna arasında müharibə ilə əlaqədar bu ölkələrin bütün yaş qrupları üzrə milli komandalarının və klublarının UEFA bayrağı altındakı ev oyunlarını neytral meydanda keçirməsi haqda qərar verib.

"Spartak"la "Leyptsiq" arasında ilk matç martın 10-da Almaniyada olacaq. Cavab qarşılaşması isə martın 17-də keçiriləcək.