AFFA iki klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az AFFA-ya istinadən xəbər verir ki, I Liqada və futzal çempionatı oyunları zamanı baş vermiş qayda pozuntularına görə cəzalar açıqlanıb: 

12 fevral 2026-cı il tarixində I Liqada XIV turun “Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 19-cu dəqiqəsində “Cəbrayıl” komandasının 4 nömrəli futbolçusu Hüseyn Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Cəbrayıl” komandası 300 manat cərimə edilsin (maddə 46);

12 fevral 2026-cı il tarixində I Liqada XIV turun “Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 89-cu dəqiqəsində “Cəbrayıl” komandasının 19 nömrəli futbolçusu Arsene Dauda ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Cəbrayıl” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
12 fevral 2026-cı il tarixində I Liqada XIV turun “Səbail” – “Şəfa” oyununda “Səbail” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
12 fevral 2026-cı il tarixində I Liqada XIV turun “Səbail” – “Şəfa” oyununda “Şəfa” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
14.02.2026-ci il tarixində keçirilən futzal üzrə Azərbaycan Kubokunun 1/8 mərhələsinin Baku-Fire – Araz Naxçıvan oyununda Baku-Fire komandasının oyunçusu Eldar Zeynalov oyunun 38-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun oyuna buraxılmasın (maddə 46);
 
15.02.2026-ci il tarixində keçirilməli olan futzal üzrə Azərbaycan Kubokunun 1/8 mərhələsinin U-19 - Yeni Suraxanı oyunu Yeni Suraxanı təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Yeni Suraxanı komandasına 0:5 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.