AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Sportline.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XV turunun görüşləri müzakirə olunub.

İclasda aşağıdakı qərarlar qəbul edilib:

"Keşlə” – “Zirə” oyununda “Keşlə” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

“Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

“Neftçi” – “Qarabağ” oyununun 73-cü dəqiqəsində “Neftçi” komandasının meneceri Qədir Həsənov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanı,r klub 800 manat cərimə olunur.

“Qarabağ” klubunun azarkeşləri meydançaya kənar əşya atdığı üçün klub 1600 manat cərimə olunur.

 “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.