AFFA rəsmisi DÇ-2022-nin seçmə oyununa təyinat aldı

AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.

Sportline.az xəbər verir ki, avstriyalı mütəxəssis dünya çempionatının seçmə mərhələsinin Bolqarıstan – İsveçrə oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma martın 25-də Sofiyadakı Vasil Levski Milli Stadionunda keçiriləcək.