AFFA Mirbağır İsayevlə bağlı qərar verdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevin cəzasını azaldıb.

Sportline.az AFFA-ya istinadən xəbər verir ki, Bayıl klubunun apellyasiya şikayəti qismən təmin edilib.

AFFA İntizam Komitəsi dekabrın 2-də Mirbağır İsayevin üç ay müddətinə futbol sahəsində çalışmasını qadağa etmişdi.

Apellyasiya Arbitraj Tribunalı bunu bir ay şərti olmaqla iki aylıq cəza ilə əvəzləyib.

Banner