AFFA yeni baş məşqçimizlə müqavilə imzaladı
Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.
Sportline.az xəbər verir ki, bu haqda AFFA-ın saytı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib və bu gün müqavilə imzalanıb
Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.