Afrikalı futbolçu "Çelsi"ni tərk etdi

Kotdivuariyalı hücumçu Datro Fofana "Çelsi"dən ayrılıb.

Sportline.az xəbər verir ki, o, icarə əsasında "Börnli"nin formasını geyinəcək. 

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Fofana razılaşmaya əsasən mövsümün sonunadək sözügedən klubun şərəfini qoruyacaq. 

Qeyd edək ki, 21 yaşlı forvard 2023-cü ilin yanvarında "Molde"dən 12 milyon avroya "Çelsi"yə keçib.