Ağcabədidə yeni idman bölməsi açılıb

Ağcabədi şəhərində yeni cüdo bölməsi fəaliyyətə başlayıb. 

Bu haqda Sportline.az saytına "EVO" İdman Klubunun təsisçisi Elnur Camalxanov məlumat verib. 

Onun sözlərinə görə məşqlər şəhərin 3 saylı tam orta məktəbinin idman zalında aparılır.

Şəhid və qazi övladlarına məşqlər ödənişsiz keçirilir. 

Qeyd edək ki, idman zalı ACF tərəfindən yeni tatamilərlə təchiz olunub.