Ağır atletlərimiz Polşada etimadı doğruldurlar
Polşanın Novı Tomısl şəhərində yaşı 15 və 17-yə qədər olan qızlar və oğlanlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda Azərbaycan seçmə komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edir. Bu gün 48 kq-dək çəki dərəcəsində Avropa çempinu və rekordçusu Səbinə Əzimova yaşı 17-yə qədər olan qızların mübarizəsində bacarığını göstərib.
Təkanla qaldırmada 87 kq-n öhdəsindən gələn “Lənkəran-Zirvə” klubunun təmsilçisi bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Birdən qaldırmada isə 65 kq nəticə ilə 3-cü olub. Toplam 152 kq (65+87) nəticə göstərən Səbinə karyerasında ikinci dəfə yeniyetmələr arasında Avropa birinciliyinin baş mükafatına layiq görülüb.Yaşı 15-ə qədər olan oğlanların 62 kq çəki dərəcəsində mübarizə aparan Füqan Əliyev də etimadı doğruldub. Birdən qaldırmada 105, təkanla qaldırma hərəkətində isə 130 kq-ı ram edən atlet qızıl medala sahib çıxıb.