"Alanyaspor"un yeni baş məşqçisi məlumdur
Türkiyənin "Alanyaspor" komandasını Hikmət Karaman çalışdıracaq.
Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssislə il yarımlıq müqavilə imzalanıb. O, sözügedən vəzifədə bir neçə gün öncə istefa vermiş Safet Suşiçi əvəz edib.
Hikmət Karamanın son iş yeri PTT I Liqada mübarizə aparan "Çaykur Rizəspor" klubu olub.