Albaniya - Azərbaycan görüşünün hakimi açıqlandı
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsin 2-ci raundunda mübarizəyə başlayır.
Sportline.az xəbər verir ki, millimiz bu gün Albaniyada, Bakı vaxtı ilə saat 17:30-da başlanacaq oyunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Oyunu Litvadan olan hakim idarə edəcək.
Baş hakim: Jurgita Macikunyte
Baş hakimin köməkçiləri: Ugne Smitait (Litva), Aniek Zvaan (Niderland).
Dördüncü hakim: Lizzy Van Der Helm (Niderland).