Albaniya millisinin üzvü "Kəpəz"də
"Kəpəz" növbəti transferi reallaşdırıb.
Sportline.az xəbər verir ki, albaniyalı Redon Mihana Gəncə klubu ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı legionerlə 1+1 illik müqavilə bağlanıb.
Albaniyanın U-21 yığmasının sabiq üzvü son olaraq ölkəsində "Erzeni"də oynayıb.