Aleks getsə Emre gələcək
“Antalyaspor”un brazilyalı baş məşqçisi Aleks De Souza komandadan göndərilə bilər.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, Aleks getsə, “Antalyaspor” rəhbərliyi klubun sükanı arxasına Emre Belozoğlunu gətirəcək.
E.Belezoğlu bu təklifə müsbət yanaşır.
Qeyd edək ki, Emre Belezoğlu baş məşqçi kimi “Fənərbağça”, “Başakşəhər” və “Ankaragücü” kimi komandaları çalışdırıb.