Aleks zədələndi

“Yuventus”un futbolçusu Aleks Sandro zədələnib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi məşq zamanı sağ bud əzələsindən zədə alıb. Onun 15 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, A.Sandro 2015-ci ildən “Yuventus”da çıxış edir.