Aleksandr Əliyev də silaha sarıldı
Peşəkar futbolçu karyerasının başa vuran Aleksandr Əliyev vətəni Ukrayna uğrunda silaha sarılıb.
Sportline.az xəbər verir ki, Ukrayna milli komandasının və Kiyev “Dinamo”nun sabiq hücumçusu hazırda paytaxtın müdafiəsi uğrunda döyüşlərdə iştirak edir.
Azərbaycan əsilli A.Əliyev İnstaqram hesabında ukraynalılara müraciət edərək deyib: “Əvvəl də qeyd etdiyim kimi, mən Kiyevdəyəm. Burada qalmaqda və ölkəmi müdafiə etməkdə davam edəcəyəm. Biz ukraynalıyıq, biz güclüyük və biz bütün çətinliklərə sinə gərəcəyik”.